TOP 10

“Barselona” ilə oyuna ciddi itki ilə

Dünya Futbolu
Tarix: 2020-08-04 16:22

Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Barselona” ilə qarşılaşacaq “Napoli” ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, hücumçu Lorenso İnsinye sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


29 yaşlı futbolçu A Seriyasının son turu çərçivəsində keçirilən “Latsio” ilə oyunda (3:1) zədələnib. Futbolçunun sol budunun əzələsindən zədə aldığı bildirilir. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı ilə bağlı yaxın günlərdə məlumat veriləcəyi qeyd olunub.


“Barselona” – “Napoli” oyunu avqustun 8-də keçiriləcək. Tərəflər arasında keçirilən ilk oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

football24
19 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB