TOP 10

"Keşlə" daha bir braziliyalı hücumçu gətirir

Futbol
Tarix: 2020-08-04 14:28

Azərbaycanı Avroliqada təmsil edəcək "Keşlə" daha bir legionerini transferini həllini başa çatdırmaq üzrədi. Sport24.az-ın əldə etdiyi məlumata görə, Premyer Liqamzın bürünc medalçısı Renan de Oliveyranı heyətinə cəlb edir.

 

Tam adı Renan Abner do Carmo de Oliveira olan bu 23 yaşlı braziliyalı hücumçu Ukrayna Premyer Liqa təmsilçisi "Lvov"dan gəlir. O, ötən mövsümdə bu klubda 27 oyunda 6 qol vurub. Forvard daha 1 dəfə Ukrayna Kubokunda fərqlənib. 

 

Renan Ukraynayadək də karyerası Vətəndən kənarda oub. Belə ki, o, Slovakiyada "Zlate Moravtse"də, Maltada "Mosta" və "San Gvan"da çıxış edib.

 

Qeyd edək ki, "Keşlə" bunadək digər braziliyalı hücumçu Silvio Junior Rodrigesin keçidini razılaşdırıb. 

football24
20 Sentyabr 2020
19 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB