TOP 10

"Səbail" Qəbələni tərk etdi: "Hazırlığın son mərhələsinə avqustun 8-də başlayacağıq"

Futbol
Tarix: 2020-08-04 13:18

Qəbələdə təlim-məşq toplanışında olan Premyer Liqa təmsilçilərindən biri artıq oranı tərk edib. Sport24.az xəbər verir ki, "Səbail" Bakıya yollanıb.

 

Aftandil Hacıyevin yetirmələri saat 10:40-da paytaxta üz tutublar. Gənc mütəxəssis səfər ərəfəsində komandasının planlarını da bölüşüb: "Yaxşı təlim-məşq toplanışı keçdik. Yeni mövsümə bundan sonra harada hazırlaşacağımızı hələ bilmirik. Bu, həm Bakı, həm də Qəbələ ola bilər. Hər şey Operativ Qərargahın qərarlarından asılıdı. Paytaxtda məşq etməyə icazə verilsə, evdə qalacağıq, əks təqdirdə Qəbələyə qayıdacağıq. İstənilən halda, hazırlığın son mərhələsinə avqustun 7-də başlayacağıq".

 

Qeyd edək ki,  "Səbail" Qəbələdə 2 yoxlama oyunu keçirib. "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edən "dənizçilər" dünənki oyunda "Keşlə"yə məğlub olub - 0:2.
 

 

 

football24
20 Sentyabr 2020
19 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB