TOP 10

Avrokubok oyunlarında bir dəqiqəlik sükut olacaq

Dünya Futbolu
Tarix: 2020-08-04 11:09

Futbol üzrə UEFA Çempionlar Liqasının və Avropa Liqasının 2019/20 mövsümünün qalan oyunları bu həftə bərpa olunacaq. Sport24.az xəbər verir ki, keçiriləcək qarşılaşmalar bir dəqiqəlik sükutla başlayacaq.
 

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə bu ilin əvvəlindən etibarən bütün dünyanı təsiri altına alan koronavirus pandemiyasının qurbanlarının bir dəqiqəlik sükutla yad ediləcəyi diqqətə çatdırılıb.


Qeyd edək ki, Avroliqa avqustun 5-də, ÇL isə ayın 7-də bərpa olunacaq. Bütün qarşılaşmalar pandemiya ilə əlaqədar azarkeşsiz keçiriləcək.

football24
19 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB