TOP 10

İtaliya klubundan qapıçısı ilə yeni müqavilə

Dünya Futbolu
Tarix: 2020-08-04 10:34

İtaliyanın “Verona” klubu qapıçısı Marko Silvestri ilə müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.


29 yaşlı futbolçu müddəti 2022-ci ilin 30 iyununda başa çatacaq yeni müqaviləyə imza atıb. 


Marko 2017-ci ildən “Verona”nın uğurları üçün çalışır. İtaliyalı qolkiper son mövsümdə meydana çıxdığı 35 oyundan 9-da qapısını toxunulmaz saxlamağı bacarıb. O, daha öncə “Kyevo”, “Recina”, “Padova”, “Kalyari” və “Lids”də də forma geyinib.

football24
19 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB