TOP 10

"Keşlə"nin yeni transferi debüt etdi

Futbol
Tarix: 2020-08-03 20:34

"Keşlə"nin yeni transferi olan ukraynalı legioner Dmitri Klyots Qəbələdə təlim-məşq toplanışına qatılıb. Sport24.az xəbər verir ki, 24 yaşlı mərkəz yarımmüdafiəçisi yeni komandasının heyətində oyuna da artıq çıxıb.

 

Bu, "Səbail"lə hazırda keçirilən yoxlama matçında reallaşıb. Dmitri görüşün 71-ci dəqiqəsində, komandası hesabda 2:0 irəlidə olarkən syerra-leoneli Con Kamaranı əvəzləyib. Yeni komandasında "22 nömrə"li formanı geyinən Klyots məhz afrikalı həmkarının mövqeyində - dayaq yarımmüdafiəçisi kimi çıxış edəcək.

 

Xatırladaq ki, Dmitrinin bunadək karyerası kapitanı olduğu Lvov "Karpatı"na bağlı olub. 

football24
27 Sentyabr 2020
26 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB