TOP 10

Açıq havada idman yarışlarının keçirilməsinə icazə verilmədi - RƏSMİ

Futbol
Tarix: 2020-08-03 16:44

Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər (Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax) və rayonlarda (Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan) açıq havada idman yarışlarının və oyunlar da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinə qoyulan qadağa 2020-ci il 31 avqust saat 00:00-dək qüvvədə saxlanılıb. Sport24.az xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

 

Xatırladaq ki, Azərbaycanın avrokuboklarda hər 4 təmsilçisi - "Qarabağ", "Neftçi", "Keşlə" və "Sumqayıt" avqustda mübarizəyə başlayacaq. Bir oyunluq ibarət mübarizədə görüşün harda təşkil olunacağı püşklə müəyyənləşəcək. Çempionlar Liqasında püşkatma mərasimi avqustun 9-da, Avropa Liqasında 1 gün sonra olacaq. 

football24
22 Sentyabr 2020
21 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB