TOP 10

Azərbaycan təxribatçı erməniyə görə UFC prezidentinə etiraz məktubu göndərib

Digər
Tarix: 2020-08-03 16:00

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva dünən UFC yarışında erməni əsilli döyüşçünün Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz rejimin “bayrağını” qaldırmasına münasibət bildirib. Sport24.az xəbər verir ki, Abdullayeva bununla bağlı bağlı ölkəmizin ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulluğu tərəfindən UFC prezidentinə etiraz məktubu göndərildiyini bəyan edib: "Məktubda qanunsuz qurumun Ermənistanın hərbi təcavüzünün nəticəsindən başqa bir şey olmadığı bildirilib və ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə dəstəyinə dair birmənalı mövqeyi UFC rəhbərliyinin diqqətinə çatdırılıb. UFC qaydalarına istinadən yalnız beynəlxalq tanınmış dövlətlərin bayraqlarının nümayiş etdirilməsinə icazə verildiyi qeyd olunaraq, yarışı siyasiləşdirmək cəhdlərinə görə erməni əsilli döyüşçüyə qarşı müvafiq nizam-intizam tədbirlərinin həyata keçirilməsi və gələcəkdə bu kimi halların təkrarlanmaması tələb edilib”.

football24
22 Sentyabr 2020
21 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB