TOP 10

"Keşlə"dən Qəbələdə ardıcıl 2-ci qələbə, "Səbail"dən ilk məğlubiyyət

Futbol
Tarix: 2020-08-03 20:46

Azərbaycan Premyer Liqa təmsilçilərinin Qəbələdə növbəti yoxlama matçı bu gün keçirilib. Sport24.az xəbər verir ki, bu dəfə "Keşlə" və "Səbail" üz-üzə gəlib.

 

Tərlan Əhmədovun komandası hər hissədə 1 qol vuraraq inamlı qələbə qazanıb. 

 

Qeyd edək ki, "Keşlə" bundan əvvəl yoxlama matçında "Qarabağ"a uduzub (1:3), "Zirə"yə qalib gəlib (1:0). "Səbail" isə "Qəbələ"ni məğlub edib (2:1).

 

 

Yoxlama matçı

3 avqust

19:00. "Səbail" - "Keşlə" - 0:2 

QOLLAR: Şəhriyar Əliyev, 45, Vüsal İsgəndərli, 62-pen.

QIRMIZI VƏRƏQƏ: Rauf Əliyev, 35 ("Səbail", birbaşa).

Qəbələ. Şəhər stadionu

 

35-ci dəqiqədə Şaxruh Qadoyevlə ("Keşlə") Rauf Əliyevlə ("Səbail") arasında top uğrunda mübarizədə insident yaşandı. Nəticədə baş hakim Əliyar Ağayev Raufa qırmızı vərəqə göstərərək, onu meydana çıxardı. Ancaq bu, yoxlama matçı olduğuna görə qarşılıqlı razılıq əsasında meydanda say bərabərliyi qaldı. Əliyevin yerinə Hendrik Ekşteyn daxil oldu. 

football24
22 Sentyabr 2020
21 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB