TOP 10

Qurbanov onun üçün pis fəsadla nəticələnən riskli addımından söz açdı: "Əlbəttə, bundan sonra mənə çətin olacaq, ancaq işimizin adı nədi..."

Futbol
Tarix: 2020-08-03 15:00

Nicat Qurbanovun formasını geyindiyi “Samtredia”ya Batumi “Dinamo”suyla səfər matçı həm futbolçunun özü, həm də komandası üçün uğursuz alındı. Belə ki, qonaqlar 0:2 hesablı məğlubiyyət alması azmış kimi, əsas hücumçusu, eyni zamanda bombardiri olan həmyerlimizi artıq 10-cu dəqiqədə itirdi. Əvəzlənmənin böyük ehtimalla zədə üzündən olduğunu düşünmək olardı. Nicatla əlaqə saxladıqda yanılmadığımızı gördük. 

.

- Matçın əvvəlindəcə zədələndim və artıq 10-cu dəqiqədə əvəzlənməyimi istədim. Açığı, oyundan qabaq ayağım ayrıyırdı, ağkəsici iynə vuraraq meydana çıxmışdım. Komandama güclü rəqiblə matçda kömək etmək istəyirdim, risk elədim, belə alındı. Yekun nəticədə zədəm bir az ağırlaşdı. 

 

- İlkin müayinə nə göstərdi? Nə vaxta yaşıl meydana dönə biləcəksən?

- İlkin ehtimala görə əzələdə yırtıq ola bilər. Amma hələ ki MRT müayinəsindən keçməmişəm. Çünki zədədən 48 saat vaxt keçməlidi. Ən yaxşı halda, sabah gedə bilərəm. Onda dəqiq biləcəm zədəmin nə dərəcədə ciddi olub-olubmamasını. Belə fikirləşirəm ki, qayıdışım rahat 2-3 gün çəkəcək. Bəlkə bir az da daha çox. Sabah dəqiq biləcəm. 

 

- Bu matçda hər hissədə 1 qol buraxaraq uduzdunuz. Erkən əvəzlənməyin komandanı nə dərəcədə geri saldı? Yoxsa rəqib çempionluğa oynayan komanda olduğundan, onun meydanındakı matçda bu nəticə gözlənilən idi?

- Bəli, Batumi "Dinamo"su çempionluğa oynayan komandalardan biridi. Doğrudan da güclü rəqibdi. Deyim ki, oyuna pis başlamadıq. Düzdür, ilk qolu fasiləyə saniyələr qalarkən buraxdıq, bunun da təsiri oldu sonrakı gedişata. Hətta onu deyərdim ki, artıq 1-ci dəqiqədə rəqib qapısına penalti verilməli idi. Ötürməmdən sonra top Azərbaycanda da oynamış gürcü müdafiəçi Georgi Novalovskinin əlinə dəymişdi. Həmin anda başqa qərar verilsəydi, oyun fərqli cür gedərdi. Əlbəttə, 10-cu dəqiqədə əvəzlənməyin baş məşqçi planlarına istər-istəməz təsir göstərir. Oyuna hazırlaşırsan, rəqibi təhlil edirsən, heyəti müəyəynləşdirirsən və artıq 10-cu dəqiqədə əsas futbolçularından birini itrirsən. Ancaq düşünmürəm ki, əvəzlənməyim oyuna lap ciddi təsir göstərdi. stənilənİ halda, bu oyunu uduzub qarşıdakını fikirləşmək lazımdı. Bizdə də elə alınıb ki, 3 oyun ardıcıl ağır rəqiblərlə qarşılaşırıq - keçən dəfə Tiflis "Dinamo"su, bu dəfə Batumi "Dinamo"su, gələn tur da "Saburtalo"yla. Üçü də çempionluğa oynayan komandalardı. İnşallah, yaxşı olar. 

 

- Komandanız turnir cədvəlində 8 xalla 8-ci yerdədi. Yüksək liqada da 10 komanda çıxış edir və hazırda autsayderlər sırasındasınız.  Belə çıxır ki, "Samtredia"nın güclülər dəstəsinə dönəndən sonra ilk mövsümdə real vəzifəsi yerini qorumaq olacaq?

- Yeni komandayıq, oyunçularımız yenidi. Hələ transferlər də olunur, 2 futbolçu da gəlib. Komandamız hələ tam oyununu tapmasa da, yenə pis futbol göstərmirik. Düzdür, çempionluğa oynayan komandalar kimi "oturuşmuş heyəti"miz hələ ki yoxdu. Debütantıq, əlimizdən gələnin ən yaxşısı edirik. Oyunlarımız pis alınmır, sadəcə, son nöqtəni qoymaqda çətinlik çəkirik. Bir az o baxımdan problem yaşayırıq. Bunun üzərində də işləyirik. İnşallah, tezliklə bunu da aradan qaldırarıq, xallarımızı yığıb ən azı ürəyimiz istədiyimiz kimi mövsümü başa vurarıq. Bunu da artıq gələcək göstərəcək. 

 

- Uzun müddət yaşıl meydandan kənarda qalandan sonra əsas heyətdə yerini qaytarmaq sənə nə dərəcədə çətin olacaq? Mövqeyində rəqabət necədi?

- Açığı, indiyədək elə ağır zədım belə olmayıb. Bir dəfə "Zirə"də olub, onda 1 aya futbol oynamadım. Bundan sonra qayıtdım, çox şükür ki, yaxşı da alındı. Əlbəttə, hər futbolçu əsas heyətdə yer üçün mübarizə aparır. Sözsüz ki, çətin olacaq, ancaq işimizin adı nədi...Rəqabət olan yerdə həmişə uğur də olur, nəticə də. İnşallah, daha güclü qayıdaram, daha yüksək motivasiya olaram. Onsuz da adam futbolsuz qalanda çox darıxır, məşqlərə daha da həvəslə yanaşır. Karantindən sonra bunun şahid olduq (gülür). Hamı məşqlərdə çox çalışırdı, gözləyirdi ki, çempionat başlasın, oyun oynayaq. 

 

- Xeyli müddət oynamayacağını nəzərə alsaq, Gürcüstanla Azərbaycanın sərhədləri açılsa, bir müddətlik Vətənə gəlməyi düşünürsən?

- Gəlsəm belə, qayıdanda məcbur olacam karantində qalım. Ona görə düşünürəm ki, gəlməyimin mənası yoxdu. Burada müalicə almalı, reabilitasiya keçməliyəm ki, tez qayıdım. Ona görə fikirləşirəm ki, gəlməyəcəm, burda qalacam.  

 

 

 

MEHMAN SÜLEYMANOV

football24
22 Sentyabr 2020
21 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB