TOP 10

"Səbail" Muradbəyliyə əvəzləyici tapdı - Kadriu Bakıya gəlir

Futbol
Tarix: 2020-08-03 11:04

Avropa Liqasında iştirak etmək hüququ qazanan Makedoniyanın "Renova" klubunun futbolçusu Florian Kadriu bu gün Azərbaycana gəlir. Sport24.az-ın əldə etdiyi məlumata görə, "Səbail" bu yarımmüdafiəçinin xidmətində maraqlıdır.
 

24 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanacaq. Bundan sonra makedoniyalı Qəbələdə hazırlıq keçən "dənizçilər"in düşərgəsinə gələcək.
 

Qeyd edək ki, Fəhmin Muradbəyli son 3 ildə "Səbail"də icarə əsasında çıxış edərək "Neftçi" yə qayıtdıqdan sonra Aftandil Hacıyevin komandasında sağ cinah yarımmüdafiəçisi mövqeyi boş idi. Kadriu bu boşluğu doldurmaq üçün nəzərdə tutulub.
 

football24
22 Sentyabr 2020
21 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB