TOP 10

Nağıyev oynadı, komandası evdə xal itirdi

Dünya Futbolu
Tarix: 2020-08-03 09:00

Futbol üzrə Moldova çempionatında 7-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.
 

Sözügedən komanda doğma meydanda “Zimbru” ilə qarşılaşıb. Nağıyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.


Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. İlk turda bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.


7 turdan sonra 10 xalı olan “Dinamo-Avto” 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

football24
22 Sentyabr 2020
21 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB