TOP 10

Millimizin təlim-məşq toplanışının vaxtı bəlli oldu

Futbol
Tarix: 2020-08-03 10:08

Azərbaycan milli komandasının təlim-məşq toplanışının vaxtı məlum olub. Sport24.az xəbər verir ki, bunu yığmamızın baş məşqçisi Canni De Byazinin korpusunda yer alacaq Alessandro Skaya açıqlayıb.

 

Onun sözlərinə görə, millinin hazırlıq prosesi avqustun 28-də başlayacaq: “Toplanışın startı bu vaxta nəzərdə tutulub. Millətlər Liqasındakı ilk matç sentyabrın 5-də keçiriləcək. Lüksemburqla qarşılaşma bizim üçün debüt olacaq. Buna görə də Azərbaycana bir az tez getmək istəyirik. Amma hələ ki avqustun 5-dək ölkədə koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər var. Yalnız avrokuboklarda oynayan komandalar məşq edir. Söhbət “Qarabağ”, “Neftçi” və digərlərindən gedir”.

 

Qeyd edək ki, millimiz sentyabrın 5-də evdə Lüksemburq, bundan 3 gün sonra səfərdə Monteneqro ilə üz-üzə gələcək.

football24
22 Sentyabr 2020
21 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB