TOP 10

A Seriyasında mövsümə yekun vuruldu

Dünya Futbolu
Tarix: 2020-08-03 00:53

Futbol üzrə İtaliya A Seriyasında 2019/20 mövsümünün sonuncu – 38-ci turunun oyunları keçirilib. Sport24.az xəbər verir ki, mövsümün yekunlarına görə “Yuventus” çempion olubsa, “İnter” gümüş, “Atalanta” bürünc medallarla kifayətlənib. 
 

Bu komandalarla yanaşı, 4-cü olan “Latsio” da UEFA Çempionlar Liqasında iştirak hüququ qazanıb. “Roma” və “Milan” Avropa Liqasında mübarizə aparacaq.


Son üç pillədə yer alan “Leççe”, “Breşiya” və SPAL isə elita ilə vidalaşıb.


İtaliya A Seriyası
38-ci tur

1 avqust


Breşiya – Sampdoriya 1:1
Qol: Torreqrosa, 49-pen – Leris, 41.


Milan – Kalyari 3:0
Qol: Klavan, 11-öz qapısına. İbrahimoviç, 55. Kastilyexo, 57.


Atalanta – İnter 0:2
Qol: D`Ambrosio, 1. Yanq, 20.


Yuventus – Roma 1:3
Qol: İquayn, 5 – Kaliniç, 23. Perotti, 44-pen; 52.


Napoli – Latsio 3:1
Qol: Ruis, 9. İnsinye, 54. Politano, 90+3 – İmmobile, 22.


2 avqust


SPAL – Fiorentina 1:3
Qol: D`Alessandro, 39 – Dunkan, 30. Kuame, 89. Pulqar, 90+4-pen.

 

Bolonya – Torino 1:1
Qol: Svanberq, 18 – Zaza, 66.


Cenoa – Verona 3:0
Qol: Sanabriya, 13; 25. Romero, 44.


Leççe – Parma 3:4
Qol: Barak, 40. Mekkaryello, 45. Lapadula, 69 – Lusioni, 11-öz qapısına. Kaprari, 24. Kornelius, 52. İnqlese, 67.


Sassuolo – Udineze 0:1
Qol: Okaka, 53.

football24
22 Sentyabr 2020
21 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB