TOP 10

Millimizin fiziki hazırlıq üzrə italiyalı məşqçisi özü üçün yeni təcrübədən danışdı: "Azərbaycana uyğunlaşmalı olacağıq"

Futbol
Tarix: 2020-08-03 11:36

“Azərbaycandakı fəaliyyət mənim üçün yaşamalı olduğum yeni təcrübədi. Özüm üçün kəşf etməli olduğum fərqli mədəniyyət, futbolla məşğuliyyətin fərqli üslubu və məşqçi kimi fərqli iş". Sport24.az xəbər verir ki, bunu italiyalı məşqçi Alessandro Skayya deyib.

 

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin korpusunda yer alacaq fiziki hazırlıq üzrə mütəxəssis yığmamızda bir az fərqli iş görəcəyini açıqlayıb: “Milli komandadakı fiziki hazırlıq üzrə məşqçi razılaşma əsasında öz işini görür. Futbolçular artıq klublarında bu tapşırıqları yerinə yetirirlər. O, hər oyunçu üçün fərqli hazırlıq proqramı tərtib edir. Məni o həvəsləndirir ki, bir az fərqli iş görəcəm. Onların əmək mədəniyyətini, əsasən müsəlman əhalisi olan ölkənin ərzaq sahəsində necə davranmağı öyrənəcəm. Onların öz mətbəxləri var. Aydın məsələdir ki, buna uyğunlaşmalı olacağıq”.

 

Karyerası ərzində bir sıra klublarda çalışmış Skayya unudulmaz uğurunu xatırlayıb: “Karyeram bir çox uğurlardan məmnunluq duymuşam. Hətta İtaliya Kubokunun yarımfinalını görmüşəm. Amma “Ternana” ilə xilas olmaq mənim üçün ən böyük qəhrəmanlıq kimi qalır. Bütün ili komandada oldum. Əvvəl Benito Karbone ilə də çalışdım, sonda Fabio Liverani gəldi. Martın 6-da ümidsiz vəziyyətdə idik. Heç kim B seriyasında qalacağımıza inanmazdı. “Askoli”ni udduq, “Karpi” ilə heç-heçə və ardıcıl ev qələbələri. A seriyasına vəsiqə üçün oynayan SPAL-a qalib gəldik. Karyeramda bundan dəyərli xatirə tapmaq mümkün deyil”.

 

 

football24
22 Sentyabr 2020
21 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB