TOP 10

Gianni de Byazi millimizə daha bir məşqçi gətirir

Futbol
Tarix: 2020-08-03 00:31

Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byazinin daha bir köməkçisi müəyyənləşib. Sport24.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssisin məşqçilər korpusundakı həmyerlilərinin sayı 4-ə çatıb.

 

Köməkçi məşqçilər Benni Karbone və Klaudio Beluççi, oyunların analizi üzrə mütəxəssis Federiko Turritsianinin ardınca fiziki hazırlıq üzrə çalışdırıcı Alessandro Skayya da yığmamızda çalışacaq. O, millimizdə ümumilikdə 5-ci italiyalı olacaq.

 

Bunu Skayyanın özü açıqlayaraq de Byazinin ona zəng vurduğunu bildirib: "O, Karbonenin məsləhəti ilə bunu etdi. Adını çəkdiyim bu məşqçiylə “Ternana” və “Venetsiya”da çalışmışam. Orada Valter Zenqanın baş məşqçiliyi dövründə birgə işləmişik”.
 

football24
22 Sentyabr 2020
21 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB