TOP 10

"Sabah" yay fasiləsində ilk legioner transferini açıqladı

Futbol
Tarix: 2020-08-03 09:18

“Sabah” növbəti transferoni açıqlayıb. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi monteneqrolu müdafiəçi Nikola Vuyadinoviçlə bir illik müqavilə bağlanıb.

 

Serbiyanın “Srvena Zvezda” klubunun yetirməsi olan Nikola, karyerası ərzində “Rad” (Serbiya, 2004/05), “Zeta” (Monteneqro, 2005/06), “Radniçki” (Serbiya, 2006/07), ÇSKA (Sofiya, Bolqarıstan, 2007/08), “Unirea Alba Yulia” (Rumıniya, 2009/10), “Aberdin” (Şotlandiya, 2010/11), “Yavor” (Serbiya, 2012), “Şturm” (Avstriya, 2012-2014), “Osasuna” (İspaniya, 2014/15, 2017), BSU (Çin, 2015/16), “Lex” (Polşa, 2017-2019) klublarında çıxış edib.

 

Onun son komandası Sloveniya “Domjale”si (2019/20) olub.

 

Qeyd edək ki, bu, "Sabah"ın yay fasiləsində ilk legioner transferidi. 

football24
22 Sentyabr 2020
21 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB