TOP 10

"Keşlə" "Korintians"ın yetirməsiylə razılığa gəldi

Futbol
Tarix: 2020-08-02 20:00

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Keşlə" bugünlərdə daha bir yeni futbolçuyla müqavilə imzalayacaq. Sport24.az xəbər verir ki, Premyer Liqamızda son mövsümün bürünc medalçısı Silvio Juniorun transferi ilə bağlı razılığa gəlib.

 

Tam adı Silvio Rodrigez Pereyra Junior olan 26 yaşlı braziliyalı hücumçu ilə 1 illik anlaşmaya imza atılacaq.

 

Silvio Braziliyanın məşhur klublarından olan "Korintians"ın yetirməsidi. 26 yaşlı hücumçu 2016-cı ilədək yalnız Braziliya klublarının şərəfini qoruyub. O, bu müddətdə San-Paulu ştatı çempionatlarında 60 matç keçirərək 24 dəfə fərqlənib. 

 

Ardından Silvio Odessa "Çernomorets"inə keçib, ancaq orda iki mövsüm özünü sübut edə bilməyib. Braziliyalı legioner 2018/19 mövsümündə "Vlajniya"nın heyətində Albaniya çempionu olub və burada vurduğu 11 qolla komandasına kömək edib. Juniorun son klubu Slovakiyanın yüksək liqa təmsilçisi "Zlate Moravtse" olub (Football24.az).

football24
26 Sentyabr 2020
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB