TOP 10

Rıbka Ukraynaya qayıtmasının mümkünlüyünə aydınlıq gətirdi: "Nəticələr olacağı təqdirdə azarkeşlər onu qəbul edəcək"

Futbol
Tarix: 2020-08-02 18:00

"Səbail"in ukraynalı qapıçısı Aleksandr Rıbka Vətənindən heç bir təklif almadığını bəyan edb. Sport24.az xəbər verir ki, 32 yaşlı qolkiper şəxsi "İnstaqram" səhifəsində canlı yayım zamanı bildirib.

 

Ukraynalı həmkarımız "Səbail"lə hər 1 illik müqaviləsi olan Rıbkadan Vətəninə qayıtmağa hazırlaşıb-hazırlaşmadığını soruşub: "Hər şey mümkündür, amma hazırda Ukraynadan təklifim yoxdu".

 

Kiyev "Dinamo"sunun və "Şaxtyor"un sabiq qapıçısı olan Aleksandr birincilərin baş məşqçi postuna Mirça Luşeksunun gətirməsinə də münasibət bildirib: "Düşünürəm ki, komanda ilə işləməkdə müəyyən müsbət və irəliləyiş olmalıdı. Görək, hər şey nəticələrdən asılı olacaq. Düşünürəm ki, nəticələr olacağı təqdirdə azarkeşlər Luçeskunu qəbul edəcək. İqor Mixayloviçin ("Dinamo"nun prezidenti İqor Surkis-red.) dediyi kimi, "bu məşqçi ilə heç nə əldə etməzsəniz, hamınızı dəyişdirmək lazım olacaq". Düşünürəm ki, Luçesku yaxşı seçimdi. Hər şeydən əvvəl nəticə olmalıdı. Onun "Şaxtyor" da çalışması sırf fanat şeyləridi. Yenə də hər şeyi vaxt deyəcək".

football24
23 Sentyabr 2020
22 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB