TOP 10

“Onun etdiyi komanda yoldaşlarına və kluba hörmətsizlikdir”

Dünya Futbolu
Tarix: 2020-08-02 16:44

“Barselona”nın prezidenti Xosep Maria Bartomeu komanda ilə Çempionlar Liqasında çıxış etmək istəməyən Arturla bağlı açıqlama verib. Sport24.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri, futbolçunun intizamsız hərəkətlərinin qəbuledilməz olduğunu bildirib:
 

“Onunla Çempionlar Liqasının sonuna qədər “Barselona”da çıxış edəcəyi ilə bağlı razılaşdıq. Komandadakı əhəmiyyəti məlumdur və bizə kömək edə biləcək bir futbolçudur. Amma o, qısamüddətli tətilindən sonra komandada görünmədi. Bu, qəbuledilməz intizamsızlıqdır. Onun etdiyi komanda yoldaşlarına və kluba hörmətsizlikdir. Arturu bu hərəkətində haqlı çıxaracaq hansısa arqumenti yoxdur. Zəng edərək, qayıtmayacağını, Braziliyada qalacağını bildirdi. Bu, onun qərarıdır, amma heç kim ona icazə verməyib”.


Bir müddət əvvəl “Yuventus”la müqavilə imzalayan Artur, “Barselona” rəhbərliyinin icazəsi olmadan Braziliyaya yollanıb və qayıtmaq niyyətində olmadığını bildirib.

football24
23 Sentyabr 2020
22 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB