TOP 10

"Arsenal" Renat Dadaşovun komandasını "ofsayd"a saldı

Dünya Futbolu
Tarix: 2020-08-02 16:00

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi İngiltərənin "Vulverhempton" klubu 2020/21 mövsümü üçün Avropa Liqasına vəsiqə şansını itirib. Sport24.az xəbər verir ki, buna "Arsenal"ın İngiltərə Kubokunun finalında "Çelsi" üzərində 2:1 hesablı qələbəsi səbəb olub.

 

Derbidə "topçular" qalib gəlməsəydi, Avroliqaya məhz "Vulverhempton" yollanacaqdı. Çünki Dadaşovun komandası Premyer Liqanı "Arsenal"dan bir pillə öndə - 7-ci yerdə başa vurmuşdu. 6-cı pillənin sahibi "Tottenhem" isə birbaşa qrupdan yox, təsnifat mərhələsindən mübarizəyə başlayacaq. 

 

İndi "Vulverhempton"un növbəti avrokuboklara vəsiqə qazanması hazırda iştirakçısı olduğu Avropa Liqasının qalibi olmaqdı. Amma bu halda "canavaralar" gələn mövsüm Çempionlar Liqasında çıxış edəcək.         

CBCsport
05 Avqust 2020
B.eÇ.aÇC.aCŞB