TOP 10

Dadaşovdan 4-cü qol

Futbol
Tarix: 2020-08-02 14:01

ABŞ-ın birinci liqasında (USL) V turun oyunları keçirilib.  Sport24.az xəbər verir ki, milli komandamızın futbolçusu Rüfət Dadaşovun formasını geyindiyi "Finiks Rayzinq" "El Paso"nu qəbul edib.

 

Matç meydan sahiblərinin  3:1 hesablı qələbəsi ilə başa çatıb. Rüfət oyuna start heyətdə meydana daxil olaraq 82-ci dəqiqədə əvəzlənib. O, 19-cu dəqiqədə  penaltidən hesabı açıb. Bu, futbolçumuzun cari mövsümdə 4-cü qolu olub.
 

Qeyd edək ki, "Finiks" hazırda 10 xalla B qrupunda 2-cidir.

 
CBCsport
05 Avqust 2020
B.eÇ.aÇC.aCŞB