TOP 10

Portuqaliya kubokunun qalibi bəlli oldu

Dünya Futbolu
Tarix: 2020-08-02 11:34

Futbol üzrə Portuqaliya kubokunda 2019/20 mövsümünün final qarşılaşması keçirilib. Sport24.az xəbər verir ki, Koimbrdə "Syudad-di-Koimbra" stadionunda baş tutan həlledici görüşdə "Benfika" və "Portu" komandaları qarşılaşıb.
 

Üç qolun qeydə alındığı qarşılaşma “Portu”nun 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Portu” matçın 37-ci dəqiqəsində azlıqda qalıb. Hücumçu Luis Dias ikinci sarı vərəqədən sonra meydandan qovulub. Serjio Konseysaunun komandası rəqibin sayca üstünlüyünə baxmayaraq, müdafiəçi Şansel Mbembanın qolu sayəsində ikinci hissənin əvvəlində hesabda irəli çıxmağa müvəffəq olub. 11 dəqiqə sonra Mbemba dubl edib. Oyunun sonunda “Benfika”nın hücumçusu Vinisius Morais penaltini dəqiq reallaşdıraraq hesabdakı fərqi azaldıb.


Bununla da "Portu" 17-ci dəfə Portuqaliya kubokunun qalibi olub. "Əjdahalar" indi titulların miqdarına görə "Sportinq"lə ikinci yeri bölüşürlər. Rekord isə “Benfika”ya məxsusdur – 26 dəfə.

CBCsport
05 Avqust 2020
B.eÇ.aÇC.aCŞB