TOP 10

Beqoviçə problem yaradan baş məşqçi getdi - öz xahişiylə müqaviləsi pozuldu

Dünya Futbolu
Tarix: 2020-08-02 11:00

"Bornmut"un baş məşqçisi Eddi Hau klubdan ayrılıb. Sport24.az xəbər verir ki, 42 yaşlı mütəxəssis rəhbərlikdən müqaviləsinin pozulmasını xahiş edib. Klub ingilis çalışdırıcının istəyini nəzərə alaraq sözləşməyə xitam verib.

 

Hau futbolçu kimi "Bornmut"da yetişərək karyerasını onun heyətində bitirib. O, baş məşqçi kimi də bu komandada işə başlayıb. Hau 2008-11-ci illərdə də "gilaslar"ı çalışdırıb.

 

2011/12 mövsümündə "Börnli"də işləyən mütəxəssis 1 il sonra komandaya qayıdıb. "Bornmut" Haunun rəhbərliyi ilə 2013-cü ildə Çempionşipə, 2015-ci ildə isə Premyer Liqaya vəsiqə qazanıb. Komanda bu mövsüm Çempionşipə düşüb.

 

Qeyd edək ki, "Qarabağ"da keçən mövsümün ilk yarısında icarədə çıxış edən bosniyalı qapıçı Asmir Beqoviç müqaviləylə "Bornmut"a məxsusdu və məhz Bau onu komandada görmək istəmədiyindən hər dəfə ayrılmalı olurdu. Asmir cari mövsümü "Milan"da icarədə başa vurub. 

CBCsport
05 Avqust 2020
B.eÇ.aÇC.aCŞB