TOP 10

Novruzov üçün 53 dəqiqə və 3 xal

Dünya Futbolu
Tarix: 2020-08-01 23:34

Futbol üzrə Estoniya çemponatında 15-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” da növbəti matçına çıxıb.
 

Sözügedən kollektiv səfərdə “Kuressaare” ilə qarşılaşıb. Futbolçmuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.


Novruzov da bu oyunun iştirakçısı olub. O, 37-ci dəqiqədə meydana buraxılıb.


Qeyd edək ki, “Narva Trans” 10 komandalı çempionatda 15 turdan sonra 16 xalla 7-ci pillədə qərarlaşıb.

CBCsport
05 Avqust 2020
B.eÇ.aÇC.aCŞB