TOP 10

"Keşlə" ilk legioner transfer etdi - ukraynalı kapitan Bakıda

Futbol
Tarix: 2020-08-01 21:40

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Keşlə" növbəti transferini gerçəkləşdirib. Bu barədə Sport24.az-a komandanın baş məşqçisi Tərlan Əhmədov məlumat verib.

 

49 yaşlı mütəxəssis ukraynalı Dmitri Klyotsun keçidini həll etdiklərini bildirib: "Son olaraq Lvov "Karpatı"sında çıxış etmiş bu futbolçu artıq Bakıdadı. Orta sahə oyunçusudu, həm oyun qurucusu mövqeyində çıxış edir, həm də dayaq yarımmüdafiəçimiz Con Kamara ilə tandem yarada bilər. Bu legionerlə müqavilə imzalayaraq keçidi rəsmiləşdirəcəyik".


Klyotsun peşəkar karyerası yalnız yetirməsi, kapitanı olduğu "Karpatı"ya bağlı olub. 24 yaşlı yarımmüdafiəçi​ ​ 2013-cü ildən şərəfini qoruduğu Lvov təmsilçisində 101 oyunda 1 qol vurub.​

 

Qeyd edək ki, bu, "Keşlə"nin mövsümlərarası fasilədə ilk legioner transferidi. Premyer Liqanın bürünc medalçısı bunadək yalnız yerli futbolçuların keçidinə imza atıb.​
 

CBCsport
05 Avqust 2020
B.eÇ.aÇC.aCŞB