TOP 10

Canni de Byazi millimizin futbolçularına müraciət etdi: "Heyətlə bağlı qərarlar verməliyəm, bunlar isə sizdən asılıdı"

Futbol
Tarix: 2020-08-01 21:26

Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi yığmamızın futbolçularına müraciət edib. Sport24.az xəbər verir ki, 64 yaşlı italiyalı "Facebook"dakı hesabındakı paylaşımında futbolçularla görüşünü səbirsizliklə gözlədiyini bildirib: "Salam, uşaqlar. Artıq Millətlər Liqasının başlanmasına 34 gün qalır. Lakin hələ də tanış olmamışıq. Ona görə də sizinlə görüşü səbirsizliklə gözləyirəm. Çünki heyətlə bağlı qərarlar verməliyəm. Bu qərarlar isə sizdən asılıdır: sizin davranışınız, komandaya olan münasibətiniz, komanda üçün bütün çətinliklərə hazır olmağınız, həmçinin qürurla milli komandanı böyük zirvələrə aparmaq hissi".
 

Xatırladaq ki, de Byazi bir neçə gün əvvəl AFFA ilə 2 illik rəsmi müqavilə imzalayıb. Yığmamız Millətlər Liqasındakı ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək. 

 

CBCsport
05 Avqust 2020
B.eÇ.aÇC.aCŞB