TOP 10

"Keşlə" Qəbələdə ilk qələbəsini "Zirə" üzərində qazandı

Futbol
Tarix: 2020-08-01 20:48

Bu gün Qəbələdə klublarımızın iştirakıyla növbəti yoxlama matçı keçirilib. Sport24.az xəbər verir ki, günün yeganə oyununda "Keşlə"ylə "Zirə" görüşüb.

 

Matçın taleyini Avroliqa təmsilçimizin yeni futbolçusu Rəhman Hacıyevin erkən qolu həll edib. 

 

Hər iki komanda üçün bu, Qəbələdə 2-ci sınaq matçı olub. "Keşlə" ilkin hazırlıq prosesini Şamaxıda keçərək "Qarabağ"la hazırlıq qarşılaşması üçün Qəbələyə gəlmiş və 1:3 hesabıyla uduzmuşdu. Rəşad Sadıqov "Zirə"ni baş məşqçi kimi ilk matça Qəbələdə çıxararaq yerli komandayla qolsuz bərabərliyə qalmışdı.

 

 

Yoxlama matçı

1 avqust

19:00. "Keşlə" - "Zirə" - 1:0

QOL: Rəhman Hacıyev, 6

Qəbələ. Şəhər stadionu

CBCsport
06 Avqust 2020
05 Avqust 2020
B.eÇ.aÇC.aCŞB