TOP 10

"Real"ın sabiq futbolçusu Azərbaycandan aldığı cəlbedici təklifdən imtina etdiyini açıqladı: "Mənə daha çox pul ödəyəcəkdilər..."

Futbol
Tarix: 2020-08-01 12:59

Polşanın “Lex” klubunun ispaniyalı futbolçusu Dani Ramires Azərbaycandan aldığı təklifdən imtina edib. Sport24.az xəbər verir ki, bunu 28 yaşlı yarımmüdafiəçinin özü açıqlayıb.

 

Dani adını açıqlamadığı Azərbaycan klubundan aldığı daha cəlbedici təklifdən imtina etdiyini də bildirib: “MLS-dən və Azərbaycanın bir klubundan təklifim var idi. Onlar mənə daha çox pul ödəyəcəkdi. Amma olmaq istədiyim yerdəyəm və çox xoşbəxtəm”.

 

Hələ 16 yaşında “Leqanes”dən Madrid “Real”ına keçən, sonradan bir sıra klublarda çıxış edən Ramires 2017-ci ildən Polşada çıxış edir. O, bu ölkədə daha əvvəl “Ştormil” (2017-18) və LKS-də (2018-20) forma geyinib. 

 

 

 

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB