TOP 10

"Trabzonspor" millimizin sabiq baş məşqçisinə təklif göndərib - illik 1 milyon avro maaş verməyə hazırdı

Futbol
Tarix: 2020-08-01 12:21

Baş məşqçi axtarışını davam etdirən "Trabzonspor" "Kayserispor"la müqaviləsi başa çatan Robert Prosineçki ilə görüşüb. Sport24.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Qara dəniz təmsilçisindən illik 1 milyon avro maaş istəyib.

 

"Bordo-mavilər" 51 yaşlı mütəxəssisə bu maaşı ödəməyə hazırdı. "Trabzonspor"un baş məşqçi postuna digər namizəd isə Abdullah Avcıdır. Türkiyəli mütəxəssisin maaş tələbi xorvatiyalı ilə müqayisədə daha çoxdur. Lakin klub daxilində yekun qərar verilməyib.

 

Xatırladaq ki, 51 yaşlı Prosineçki 2014-17-ci illərdə Azərbaycan millisini çalışdırıb.

CBCsport
06 Avqust 2020
05 Avqust 2020
B.eÇ.aÇC.aCŞB