TOP 10

Uroş Matiç: “Nemanya həmin pankartda yazılanları oxumamışdı”

Futbol
Tarix: 2020-08-01 10:32

“Qarabağ”ın yeni transferi Uroş Matiç “Neftçi” ilə Qəbələdəki yoxlama oyunundan (1:0) sonra Sport24.az-ın suallarını cavablandırıb.

 

- Əvvəlcə yeni komandanla bağlı təəssüratlarını bölüşməyini istərdik. Özünüzü “Qarabağ”da necə hiss edirsən?
- “Qarabağ”ı əvvəldən tanıyırdım. Bilirdim ki, böyük klubdur. 3 dəfə Bakıda bu komandaya rəqib olmuşam. Bunların biri “Kopenhagen”də, 2-si isə APEOL-də çıxış edərkən olub. Yəni, “Qarabağ” haqqında çox şey bilirdim. Bura gəlməmişdən əvvəl bir çox insanla danışmışdım. Cəmi 5 gündən sonra “Qarabağ”ın böyük ailə olduğunu gördüm.

 

- Maraqlıdır, Ağdam klubundan təklif alanda kimlərlə məsləhətləşdin?
- Asmir Beqoviçlə danışdım. Çünki yaxın dostumdur. Qardaşımla birlikdə “Çelsi”də çıxış edib. “Qarabağ” haqqında xeyli müsbət fikir səsləndirdi. Bu amil də qərar verməyimdə vacib rol oynadı.

 

- Bəs təklif nə vaxt gəldi?
- Bir neçə gün danışıqlar oldu. Gördüm ki, “Qarabağ” ciddi klubdur. Komandanın hədəfləri, öz iddiası var, avrokuboklarda uğur qazanmaq istəyir. Klubla hədəflərimiz üst-üstə düşdüyündən təklifi qəbul etdim. Mən də uğur qazanmaq istəyirəm.

 

- Yeni komandana uyğunlaşa bilirsən?
- Cəmi 4 gündür komanda ilə birlikdəyəm. Bu qısa zaman kəsiyi belə kifayət etdi ki, “Qarabağ”ın necə böyük bir ailə olmasını hiss edim. Uyğunlaşmaq üçün elə də çox vaxt lazım deyil. Çünki artıq çəkim yoxdur, buraya hazır formada gəlmişəm. Əlbəttə, yeni komanda, yeni baş məşqçidir. Buna baxmayaraq, sürətlə adaptasiya olacağam. Çünki biz peşəkar futbolçularıq. Bir neçə gündən sonra bir-birimizi daha yaxşı başa düşəcəyik.

 

- Qardaşın Nemanya Matiçlə bağlı xüsusi sual vermək istəyirəm. Onun bir müddət öncə erməni bayrağı ilə çəkilmiş şəkil paylaşması Azərbaycanda xeyli müzakirə və tənqid olundu. Yəqin ki, Azərbaycan və Ermənistan arasındakı münaqişədən xəbərdarsan...
- Nəyi nəzərdə tutduğunuzu bilirəm. Bu, siyasi gediş idi. Nemanya həmin fotoya baxmamışdı. Pankartdakı sözləri, orada nə yazıldığını oxumamışdı. Sonradan insanlar ona bunun nə demək olduğunu izah ediblər. Biz sülhün tərəfdarıyıq. Münaqişə istəmirik. Çünki bu, futbola aid məsələ deyil.

 

- Qardaşın həmin vaxt əsl həqiqəti bilmirdi. Olarmı, indi üzərində “Qarabağ Azərbaycanındır” sözləri yazılmış Azərbaycan bayrağı ilə şəkil çəkdirsin, biz də bunu paylaşaq?
- Bu, siyasi məsələdir. Nemanya başqa komandada çıxış edir. Əlbəttə, qarşısında Azərbaycan bayrağı görsə, onunla şəkil çəkdirər. Mən siyasətə qarışmaq istəmirəm.

 

- Nemanya “Qarabağ” haqqında bilir?
- Bəli, o da Asmirdən məlumat alıb. Böyük komandaya keçdiyimi bilir. “Qarabağ”a keçidimdən məmnundur.

 

- APOEL-in heyətində olmasaydın, “Qarabağ” qalib gələrdi, yoxsa Kipr klubu?
- “Qarabağ” APOEL-dən yaxşı oynasa da, biz qollar vurub qalib gəldik. Şanslar 50/50-yə idi. Sonda APOEL qələbə qazandı. Bu, futboldur. “Qarabağ”la yenidən avrokuboklarda oynayacağım üçün sevinirəm. Məncə, önəmli olan budur.

 

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB