TOP 10

“Ayaks”dan Liqa 1 klubuna

Dünya Futbolu
Tarix: 2020-08-01 11:50

Fransanın “Lill” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Liqa 1 təmsilçisi Niderlandın “Ayaks” klubundan müdafiəçi Sven Botmanı transfer edib.


Bu barədə Fransa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 20 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. Niderlandın gənclərdən ibarət yığmasının üzvü yeni komandasında 5 nömrəli formanı geyinəcək.


“Ayaks”ın yetirməsi olan Botman ötən mövsümü icarə əsasında “Herenven”də keçirib.

CBCsport
06 Avqust 2020
05 Avqust 2020
B.eÇ.aÇC.aCŞB