TOP 10

“Napoli”də yeni hücumçu

Dünya Futbolu
Tarix: 2020-07-31 20:07

İtaliyanın “Napoli” klubu heyətinə yeni futbolçu cəlb edib. Sport24.az xəbər verir ki, Neapol təmsilçisi Fransanın "Lill" klubunun hücumçusu Viktor Osimheni transfer edib.


Bu barədə A Seriyası iştirakçısının rəsmi saytı məlumat yayıb. Amma 21 yaşlı oyunçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.


Almaniyanın “Volfsburq” klubunun yetirməsi olan Osimhen, 2018/19 mövsümünü “Şarlerua”da keçirib. Bu mövsümün əvvəlindən isə o, “Lill”də forma geyinirdi. O, Nigeriya yığmasında çıxdığı 10 matçda 4 qol vurub.

CBCsport
06 Avqust 2020
05 Avqust 2020
B.eÇ.aÇC.aCŞB