TOP 10

"Zirə"nin vidalaşdığı legioner Azərbaycandan qayıdanda sevgilisiylə 3 gün hava limanında qalıb: "Təklif olsa, yenidən ordda oynayaram"

Futbol
Tarix: 2020-07-31 19:00

Mövsümün sonunda "Zirə"dən ayrılan perulu müdafiəçi Alvaro Ampuero öz ölkəsinin "Depor" nəşrinə geniş müsahibə verib. Sport24.az 28 yaşlı futbolçunun Azərbaycanla bağlı hissəsini təqdim edir.


- Azərbaycanda karantin rejimində necə yaşayırdın? Nə vaxtdan Perudasan?

- Azərbaycanda pandemiya ilə bağlı vəziyyət yumşaq idi. Əvvəlcə qaydalara əməl etmək çətin deyildi. Evdən çıxmamaq və insanların çox olduğu yerə getməmək tövsiyə olunurdu. Deyilənlərə əməl edirdim. Yarım həftədir vətənimdəyəm və burada da eyni tələblərə riayət edirəm.

 

- Azərbaycanda qazadığınız təcrübə haqda nə deyə bilərsən? Orda çempionatının səviyyəsi necədir?

- Açığı, Azərbaycan ölkə olaraq məni xeyli təəccübləndirdi. Qısa müddətdə hər şeyə uyğunlaşdım və rəqabət səviyyəsi yüksək olan liqa ilə qarşılaşdım. Orada iddialı komandalar var. Mövsümöncəsi hazırlıqda Avropa komandaları ilə oynadıq. Bu mənada mənim üçün müsbət il oldu.

 

- Qarşılaşdığın ən qəribə hadisə nə oldu?  Doğrudan, onlar oyunun fasiləsində namaz qılırlar?
- Bəli, ölkədə din çox nəzərə çarpır. Onlar İslam dininin adət-ənənələrinə ciddi əməl edirlər. Öz ibadət vaxtları olur və çoxlu namaz qılırlar. Əvvəlcə buna təəccüblənirdim. Çünki əyləncə vaxtı namazla üst-üstə düşürsə, namazı elə orada qılırlar.

 

- Bəs, ünsiyyət məsələsi necə idi?
- Dilləri çox qəlizdir. Türkcə, bəziləri isə rusca danışır. İngiliscə ünsiyyət qurmağa çalışırdım. Amma lazımi futbol terminlərini öyrənmişdim.
 

- Gündəlik həyat tərzin nədən ibarət idi?
- Əvvəlcə Bakıda taksi ilə gəzirdim. Çünki qiymətlər çox ucuzdr. Amma pandemiya ilə bağlı vəziyyət çətinləşəndən sonra ispan dilini bilən tərcüməçimiz mənə çox kömək etdi. Nə lazım olsa, zəng edərəj ondan soruşurdum. Sonradan tədricən onu narahat etməyi dayandırdım (gülür).


- Komandanızda latın amerikalıları çox idi?
- İndi də dostluq etdiyim bir paraqvaylı var idi. Daha iki futbolçu isə ispan dilində danışırdı - biri haitili, digəri rumıniyalı idi. Argentinada çıxış edən haitili argentinalılar kimi danışırdı (gülür). Sonra paraqvaylı, rumıniyalı və mən qaldıq.

 

- "Zirə" ilə müqavilə şərtlərin necə idi?
- İcarə əsasında çıxış edirdim. "Deportivo Minisipial" ilə müqaviləm də başa çatdı. Pandemiya səbəbindən çempionat yarımçıq dayandırıldı. İndi görək necə olacaq.

 

- Azərbaycanda inkişaf etdiyini hiss edirsən?
- Düşünürəm ki, müdafiəçi keyfiyyətlərimi daha da yaxşılaşdıra bilərdim. Komandamız hərdən 5 müdafiəçi ilə oynayırdı. Belə olan haıda, baş məşqçi məndən daha çox müdafiəyəmeylli oynamağımı xahiş edirdi. Mən də öyrənməli olurdum.

 

- Komanda yoldaşlarınız İtaliya A Seriyasında oynadığını bilirdi?
- Bəli. Əslində, ora getdiyimdə baş məşqçi bu barədə komandaya məlumat vermişdi. Məndən İtaliya və Cənubi Amerika futbolu haqqqında soruşurdular.
 

Azərbaycandan qayıdışı necə alındı?
- Bu, inanılmazdır. Təklif olsa, yenidən Azərbaycanda oynayaram. Qayıtmağa reys tapdım. Amma sevgilimlə birlikdə 3 gün Amsterdam aeroportunda qalmalı oldum.
 

Karyeranızı harada davam etdirmək istəyirsən?

- Düzünü desəm, Azərbaycanda yaxşı planlaşdırılmış, intizamlı bir çempionata rast gəldim. Ümumiyyətlə, düşünürəm ki, Avropada çıxış etməklə ən yaxşısına nail ola bilərsən. Ümid edirəm ki, Avropaya qayıtmaq şansım var.

 

Альваро Ампуэро сыграл в Азербайджане 18 игр.  (Фото: Zira FC)

 

 

CBCsport
06 Avqust 2020
05 Avqust 2020
B.eÇ.aÇC.aCŞB