TOP 10

Dünya çempionu 32 yaşında karyerasını başa vurdu

Dünya Futbolu
Tarix: 2020-07-31 19:33

Futbol üzrə Almaniya millisinin sabiq üzvü Benedikt Hövedes karyerasını bitirib. Sport24.az xəbər verir ki, bunu 32 yaşlı müdafiəçi yerli mətbuata müsahibəsində deyib.


O, bir neçə klubdan təklif almasına baxmayaraq, futboldan getməyə qərar verdiyini bildirib.


Qeyd edək ki, "Şalke" (2007-2018), "Yuventus" (2017/18) və Moskva "Lokomotiv"ində (2018-2020) çıxış etmiş Hövedes Almaniya yığmasının heyətində 2016-cı ildə Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub.

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB