TOP 10

“Sumqayıt”da yeni müqavilə

Futbol
Tarix: 2020-07-31 15:08

“Sumqayıt” futbol klubu daha bir futbolçusuyla müqavilə müddətini artırıb. Sport24.az xəbər verir ki, “Sumqayıt” yarımmüdafiəçisi Vüqar Mustafayevlə yeni müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Yarımmüdafiəçi daha 1 il “Sumqayıt”ın uğurları üçün çalışacaq. 2019/2020 mövsümündən “Sumqayıt”da çıxış edən Vüqar Mustafayev 15 oyunda ümumilikdə 1346 dəqiqə meydanda olub.


“Sumqayıt” daha əvvəl Mehdi Cənnətov, Elvin Bədəlov, Vurğun Hüseynov, Rəhim Sadıxov, Cəmaləddin Xocaniyazovla müqavilə müddətini artırmışdı.

CBCsport
06 Avqust 2020
05 Avqust 2020
B.eÇ.aÇC.aCŞB