TOP 10

1-ci italiyalı, 6-cı əcnəbi, 17-ci baş məşqçi

Futbol
Tarix: 2020-07-31 16:17

Canni de Byazi yeni baş məşqçisi təyin olunduğu Azərbaycan millisinin tarixinə 6-cı legioner çalışdırıcı kimi düşüb. Sport24.az xəbərverir ki, 1992-ci ildə yaradılan yığma komandamızı italiyalı mütəxəssisə qədər 5 əcnəbi çalışdırıb.

 

İlk əcnəbi baş məşqçi Karlos Alberto Torres olub. Braziliyalı dünya çempionu 2004-05-ci illərdə bu postu tutub və rəsmi oyunlarda qələbə üzünə həsrət qalaraq 2 xal toplayıb. 

 

2007-ci ili oktyabrından boş qalan vəzifəyə gətirilən makedoniyalı Qyoko Hacıyevski müvəqqəti rəhbərlik etdiyi yığmada 4 ay keçirib. O, 2008-ci il fevralında millidən ayrılıb və keçirdiyi hər iki rəsmi görüşdə məğlubiyyət alıb.

.

2008-ci ilin aprelində almaniyalı Berti Foqts yığmanın “sükanı arxası”ana keçib. Bundestimi Avropa çempionu edən təcrübəli mütəxəssis 6 il 6 ay millimizdə çalışıb. O, tam 3 seçmə mərhələ keçirərək hər dəfə xal sayını artırıb və şəxsi rekordunu yenilıyib - 5, 7 və 9 xal.

 

Millimizdə son 2 əcnəbi xorvatiyalılar olub. 2014-17-ci illərdə Robert Prosineçki, 2019-cu ildə isə Nikola Yurçeviç Azərbaycanın əsas komandasına rəhbərlik edib. Millimiz ən çox xalı da məhz Prosinemkiylə toplayıb - 10. Yurçeviç isə son mərhələdə iş başında olaraq 1 xalla kifayətlənib. 

 

De Byazi millinin tarixinə ümumilikdə 17-ci baş məşqçi kimi düşüb. İndiyədək milimiz 16 çalışdırıcının rəhbərliyi altında meydana çıxıb. Bunlardan Nazim Süleymanovla Mahmud Qurbanov hərəyə 1 oyunla baş məşqçi əvəzi olublar. Yerli baş məşqçilərdən ən yaxşı nəticəyə isə Qurban Qurbanov işlədiyi 2018-ci ildə UEFA Millətlər Liqasında imza atıb - 9 xal, qrupda 2-cu yer. 

 

Xatırladaq ki, millimizin baş məşqçiləri arasında ilk italiyalı olan de Byazinin 2 illik müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir

 

CBCsport
06 Avqust 2020
05 Avqust 2020
B.eÇ.aÇC.aCŞB