TOP 10

"Azərbaycan millisi də onunla Avropa çempionatının final mərhələsinə yüksəlməyə ümid edir"

Futbol
Tarix: 2020-07-31 14:29

İtaliyanın "Goal" nəşri Canni De Byazinin Azərbaycan millisinin baş məşqçisi təyin edilməsi ilə bağlı məqalə dərc edib. Sport24.az xəbər verir ki, 64 yaşlı italiyalı mütəxəssisin Azərbaycanı Avropa çempionatının final mərhələsinə çıxarmağa çalışacağı qeyd olunub: "Albaniya millisinin keçmiş çalışdırıcısı yeni bir komanda qurmaq üçün iki il müddətində Azərbaycan millisinə rəhbərlik edəcək. De Byazi üçün yeni bir macəradır. O, milli komandanı növbəti Avropa çempionatının final mərhələsinə çıxarmağa çalışacaq və avqustun 10-u Bakıya yollanaraq yeni işinə başlayacaq. Millətlər Liqası və dünya çempionatının seçmə mərhələsində əhəmiyyətli bir uğur baş verəcəyi təqdirdə, iki illik müqavilə uzadılacaq, növbəti Avropa çempionatı üçün hazırlıq görüləcək. De Byazi Albaniyanı qitə çempionatına çıxartdı. Azərbaycan da buna ümid edir.

 

İtaliyalı həmkarlarımızın fikrincə, 2017-ci ildə "Alaves"dən ayrılandan sonra de Byazi televiziyada şərhçi və ekspert rolunu oynayaraq, futbolda yeni bir çağırış gözləyirdi: "İndi yeni bir dəvət var və bu, Albaniya ilə müqayisədə daha böyük imkanlara sahib olan Azərbaycandı. Sentyabrda italiyalının ilk sınağı olacaq və Azərbaycan Lüksemburqla qarşılaşacaq, sonra eyni ayda Kiprlə qarşılaşma baş tutacaq".

CBCsport
06 Avqust 2020
05 Avqust 2020
B.eÇ.aÇC.aCŞB