TOP 10

"Səbail" Qəbələdə qələbəylə başladı

Futbol
Tarix: 2020-07-31 20:51

Bu gün Qəbələdə iki yoxlama matçı keçirilir. Sport24.az xəbər verir ki, ilk olaraq "Qəbələ" - "Səbail" görüşünə start verilib.

 

Keçən mövsümü son 2 pillədə başa vuran komandaların dueli qonaqların qələbəsiylə yekunlaşıb. "Səbail" penaltidən erkən qolla hesabı açsa da, 2-ci dəfə bu şansdan istifadə edə bilməyib. Ancaq məhz penaltini qaçıran Hendrik Ekşteyn qələbə topunun müəllifi olub. "Qəbələ" sona az qalmış hesab arasındakı fərqi azaltsa da, bundan artığına gücü çatmayıb. 

 

Bu, "Səbail"in 10 gündür hazırlıq keçdiyi Qəbələdə ilk sınaq matçı olub. "Qəbələ" isə bunadək bir oyun keçirərək "Zirə"ylə görüşdə də qələbəyə həsrət qalmışdı - 0:0.

 

Xatırladaq ki, bu gün Qəbələdə "Qarabağ" - "Neftçi" qarşılaşması da keçirilir. 

 

Yoxlama matçı

31 iyul

19:00. "Qəbələ" - "Səbail" - 1:2 

QOLLAR: Merab Qiqauri, 88 - Rauf Əliyev, 6-pen, Hendrik Ekşteyn, 80.

79-cu dəqiqədə Hendrik Ekşteyn ("Səbail") penaltidən yararlana bilməyib. 

CBCsport
06 Avqust 2020
05 Avqust 2020
B.eÇ.aÇC.aCŞB