TOP 10

Qəbələdə ikigünlük matçda tək qol - "Sabah" yenə sevindi

Futbol
Tarix: 2020-07-31 11:47

Qəbələdə "Sumqayıt" və "Sabah" arasında yoxlama oyunu start götürüb. Sport24.az xəbər verir ki, dünən axşam saatlarında baş tutmalı olan matç ilk hissədə güclü yağış səbəbindən yarımçıq dayandırılıb. 

 

Belə olan halda, qarşılaşmanın ikinci hissəsinin bu səhər keçirilməsi qərara alınıb. Matçda yeganə qol da məhz bugünkü 45 dəqiqədə qeydə alınıb. "Sabah"ın yeni transferi Slavik Alxasov görüşün sonuna az qələbə topuna imza atıb.

 

Bununla da "Sabah" ispaniyalı yeni baş məşqçisi Visente Qomesin rəhbərliyi altında 2-ci matçında da meydandan qalib ayrılıb. Bunadək "Qarabağ" üzərində 2:1 hesablı qələbə olmuşdu. "Sumqayıt" isə Qəbələ hazırlığında ilk görüşündə də uduzmuşdu - "Neftçi"yə 0:3. 

 

 

Yoxlama matçı

31 iyul

11:00. "Sumqayıt" - "Sabah" 0:1 

QOL: Slavik Alxasov, 81
Qəbələ. Şəhər stadionu

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB