TOP 10

Super Liqa klubunda yeni müqavilə

Dünya Futbolu
Tarix: 2020-07-31 12:32

Türkiyənin “Alanyaspor” klubu yarımmüdafiəçisi Ceyhun Gülselamla müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.


32 yaşlı futbolçu 2 illik (1+1) yeni müqaviləyə imza atıb. 


Ceyhun Gülselam 2018-ci ildən “Alanyaspor”un uğurları üçün çalışır. O, geridə qalan mövsümdə bu komandanın heyətində bütövlükdə 40 oyuna çıxıb, 4 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyə kubokunun finalına çıxan Alanya təmsilçisi Super Liqada da 5-ci yeri tutaraq Avropa Liqasına vəsiqə qazanıb. 

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB