TOP 10

“Fiorentina”da baş məşqçi ilə yeni müqavilə

Dünya Futbolu
Tarix: 2020-07-31 11:04

İtaliyanın “Fiorentina” klubu baş məşqçisi Cüzeppe Yakini ilə müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 

Tərəflər arasındakı yeni müqavilənin müddəti 2020/21 mövsümünün sonuna qədər nəzərdə tutulub.


Qeyd edək ki, Yakini 2019-cu ilin dekabrından “Fiorentina”nı çalışdırır. Onunla mövsümün sonuna kimi müqavilə imzalansa da, nəticələr qənaətbəxş olduğundan, rəhbərlik 56 yaşlı mütəxəssisi postunda saxlamağa qərar verib.


“Fiorentina” A Seriyasında sona bir tur qalmış 20 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB