TOP 10

"Neftçi"nin sabiq legionerinin klubu ilk dəfə avrokuboklarda

Futbol
Tarix: 2020-07-30 12:00

Ukrayna Premyer Liqasında avrokuboklara son vəsiqənin sahibi müəyyənləşib. Sport24.az xəbər verir ki, Avropa Liqasında iştirak hüququ verən həlledici qarşılaşmada "Kolos" və "Mariupol" üz-üzə gəlib.

 

Kiyevdəki "Olimpiyski" stadionunda təşkil olunmuş qarşılaşma "Neftçi"nin sabiq legioneri Kiril Petrovun çıxış etdiyi "Kolos"un qələbəsi ilə yekunlaşıb - 1:0. Təcrübəli ukraynalı müdafiəçi  meydana 57-ci dəqiqədə daxil olub. 

 

Bununla da tarixi nailiyyətə imza atan "Kolos" ilk dəfə avrokuboklarda çıxış edəcək və Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Kiyev vilayətinin Vasilkov rayonunun Kovalyovka kəndini təmsil edən komanda püşkatma zamanı səpələnmişlər səbətində yer alacaq. 

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB