TOP 10

Azərbaycan çempionu Yunanıstan klubunun hədəfində - 900 min avro qiymət qoyulub

Futbol
Tarix: 2020-07-30 10:19

Premyer Liqamızda başa çatdırılmayan son mövsümü 1 illik icarə əsasında "Qarabağ"da keçirən Aylton Silva karyerasını Yunanıstanda davam etdirə bilər. Sport24.az xəbər verir ki, müqavilə ilə Almaniya "Ştutqart"ına məxsus 25 yaşlı braziliyalı sol cinah müdafiəçisi "Aris" klubunun maraq dairəsinə düşüb.

 

Macarıstanlı Mihay Korhutla vidalaşan Super Liqa təmsilçisi onun boşluğunu məhz Ailtonla doldurmaq niyyətindədir. Sadəcə, Saloniki təmsilçisi bu keçid üçün Silvanın transfer məbləğini - 900 min avro ödəməlidi.

 

"Ştutqart" 2021-ci ilədək müqaviləsi olan, 2 il əvvəl 2,5 milyon avrodan bir az məbləğə transfer etdiyi Azərbaycan çempionunu satmaqda marqqlıdı. Çünki son günlərdə edilən transferlərdən sonra büdcədə maddi sıxıntı yaranıb. 

 

Qeyd edək ki, Aylton ötən mövsüm "Qarabağ"ın heyətində 28 oyunda meydana çıxaraq 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

CBCsport
06 Avqust 2020
05 Avqust 2020
B.eÇ.aÇC.aCŞB