TOP 10

"Qəbələ"də növbəti ayrılıq: "Klub tərəfindən belə qərara gəlindi, yerinə yerli də ola bilər, əcnəbi də"

Futbol
Tarix: 2020-07-25 16:00

"Qəbələ"nin məşqçilər korpusunda dəyişiklik vaş verib. Komandanın baş məşqçisi Elmar Baxşıyev Sport24.az-a açıqlamasında əsas köməkçisi Azər Bağırovun klubdan getdiyini bildirib: "Onun müqaviləsi qurtarmışdı və yeni anlaşma imzalanmadı. Klub tərəfindən belə qərara gəlindi. Onun yerinə məşçqçi axtarışımız gedir. Yaxın günlərdə yeni köməkçimin adı açıqlanacaq. Konkret kim olacağı hələ bilinmir. Bu, yerli də ola bilər, əcnəbi də. Ancaq bu təyinat yönündə danışıqlar gedir".

 

Məlumdu ki, Baxşıyevlə Bağırov uzun illərin yaxın dostudurlar və "Qəbələ"yədək də - "Neftçi"də birgə işləyiblər. Bunu nəzərə  alsaq, baş verən ayrılıq 40 yaşlı çalışdırıcı üçün çətin olmadı? Baxşıyevi dinləyək: "Çətin deyəndə ki, futbol həyatı belədi. Həmişə bir yerdə olmursan - bir gün burdasan, sabahkı gün başqa yerdə. Digər köməkçilərim iş başında qalıb. Bunlar fiziki hazırlığa da cavahdeh olan ukraynalı Vladimir Şeludkoyla qapıçılarla işləyən Vüqar Məmmədovdu".

 

Baxşıyevin məşqçilikdə A kateqoriyası olduğundan, "Qəbələ" onu PFL-ə baş məşqçi kimi sifariş edə bilmir. Bu üzdən onun yeni köməkçisinin "Pro" kateqoriyasını daşıması vacib olacaq. 

 

Qeyd edək ki, 39 yaşlı Bağırov ötən mövsümün ilk dövrəsindən sonra I Divizion təmsilçisi "Turan Tovuz"un baş məşqçi postundan "Qəbələ"yə gəlmişdi. O, həmin vaxt "Zirə"nin baş məşqçi postuna keçən Zaur Həşimovu əvəzləmişdi. 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB