TOP 10

"Neftçi" Pavaonu transfer etdi - EKSKLÜZİV

Futbol
Tarix: 2020-07-21 20:09

"Neftçi" daha bir transferə imza atıb. Sport24.az-a etibarlı mənbələrdən daxil olan məlumata görə,"ağ-qaralar" Rener Pavaonun keçidini həll edib. 


19 yaşlı braziliyalı futbolçu mərkəz müdafiəçisidi. Onun son komandası Braziliya "Fortaleza"sı olub. Pavao bu klubun gənclər komandasında oynayıb və onun kapitanı olub. Sabah müdafiəçi ilə 3 illik müqavilə imzalanacaq.


Qeyd edək ki, Rener yay fasiləsində "Neftçi"nin sıralarına qoşulan 3-cü yeni legioner olacaq. Bundan əvvəl "neftçilər" nigeriyalı Yusuf Laval və belçikalı Sabir Buqrinlə güclənib. 
 

CBCsport
06 Avqust 2020
05 Avqust 2020
B.eÇ.aÇC.aCŞB