TOP 10

Premyer Liqamızda yeni mövsümün startı üçün nəzərdə tutulan tarix bəlli oldu - 3 istiqamətdə maraqlar nəzərə alınıb

Futbol
Tarix: 2020-07-15 20:00

"Yeni çempionatın startı üçün ilkin ehtimal kimi ən real tarix avqustun 14-dü. Ancaq dəyişiklik ediləcəyi istisna olunmur. Çünki bildiyiniz kimi, daim Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun hərəkət edirik. Ancaq hazırkı şəraitdə ilk tur üçün nəzərdə tutduğumuz tarix avqustun 14-15-di". Bu fikirləri Sport24.az-a açqılamasında Peşəkar Futbol Liqasının (PFL) Texniki-İdman Şöbəsinin rəhbəri Elgiz Abbasov söyləyib.

 

Məlumdur ki, AFFA İcraiyyə Komitəsinin (İK) son iclasında assosiasiyanın prezidenti Rövnəq Abdullayev yeni çempionatın avqustun ortasında başlamasıyla bağlı tapşırıq verib. Abbasov növbəti mövsümün startıyla bağlı İşçi Qrupunun yaradılmasını da diqqətə çatdırıb: "Bilindiyi kimi, bu, yeni çempionatla bağlı ənənəvi start olmayacaq. Çünki ötən mövsüm koronavirus pandemiyasına görə vaxtından əvvəl başa çatdırıldı və qarışıq dönəmdən sonra növbəti çempionat başlamalıdı. Buna görə mütəxəssislər də bu prosesə cəlb olunub, onların da fikirlərini nəzərə alırıq, AFFA-yla da danışıqlarımız olur".

 

PFL yeni çempionatı 3 istiqamətdə olan zərurətə əsasən avqustun ortasında başlamalıdı. Abbasov dinləyək: "Avqustun ikinci yarısında avrokuboklardakı təmsilçilərimiz çıxışlarına başlayacaq. Artıq avqustun 18-19-da "Qarabağ"ın Çempionlar Liqasında ilk oyunudu. Həmin vaxtadək yeni çempionatı başlayaraq futbolçuların oyun praktikası qazanması məqsədəuyğun olardı. İkinci məqam milli komandayla bağlıdı. Azərbaycan yığmasını sentyabrın ilk 10 günlüyündə Millətlər Liqasında iki oyun gözləyir. Həmin dövrədək də milli futbolçularımızın bir neçə tur oynaması lazımdı. Ən nəhayət, hakimlərimiz Avropa Liqasının ilk təsnifat mərhələsinə təyinat alırlar. Bu turnirdə də yeni mövsüm avqustun 20-də başlayır. Bütün bu maraqları nəzərə alaraq, növbəti çempionatın start günü olaraq avqustun 14-nə yönlənmişik. Təbii ki, tarix rəsmən təsdiqlənəndən sonra püşkatmatın vaxtı, bu mərasimin hansı şəraitdə keçirilməsi və digər detallar da bilinəcək". 

 

Xatırladaq ki, son mövsümün yarımçıq başa çatdırılmasına İK-nın iyunun 18-də keçirilən iclasında qərar verildi. 

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
12 Avqust 2020
11 Avqust 2020
B.eÇ.aÇC.aCŞB