TOP 10

Rəşad Sadıqov "Qarabağ"dan getdi: "Bunu açıqlamaq düşündüyümdən də ağır oldu"

Futbol
Tarix: 2020-07-15 18:18

Rəşad Sadıqov uzun iilər kapitanı olaraq karyerasını başa vurduğu "Qarabağ"la yollarını ayırıb. Sport24.az xəbər verir ki, 37 yaşlı keçmiş müdafiəçi "Instagram" hesabında vida sözləri yazıb: "Əziz, "Qarabağ" azarkeşləri, "Qarabağ" ailəsi. "Qarabağ"ın formasını 11 il böyük qürur və fəxr hissiylə daşıdım. Bildiyiniz kimi, ötən mövsümün sonunda karyeramı başa vurdum. Çox götür-qoy etdikdən sonra heç də asan olmayan qərar verdim. Bunu açıqlamaq düşündüyümdən də ağır oldu. "Qarabağ"dan ayrılıram. Klubun rəhbərliyinə, məşqçilər korpusuna, komanda yoldaşlarıma və azarkeşlərə hər şeyə görə təşəkkür edib uğurlar arzu edirəm".

 

Təcrübəli futbolçunun Ağdam klubunda qalıb, Qurban Qurbanovun köməkçisi kimi çalışacağı ehtimal olunsa da, bu, alınmayıb. Sadıqovun bundan sonra baş məşqçi kimi çalışacağı iddia olunur. Onun bir neçə gün əvvəl Zaur Həşimovu istefaya göndərən “Zirə”nin baş məşqçisi təyin olunması gözlənilir.

 

Xatırladaq ki, Sadıqov 2009-cu ilin yayından "Qarabağ"da çıxış edirdi. O, Ağdam klubunun U-19 komandasının baş məşqçisi də olaraq UEFA Gənclər Liqasında iştirak edib. 

CBCsport
12 Avqust 2020
11 Avqust 2020
B.eÇ.aÇC.aCŞB