TOP 10

"Turan Tovuz"un sabiq prezidenti atışmanın gözlərini qorxuda bilmədiyini bəyan etdi: "Tovuz camaatı 90-cı illərdə bu cür döyüşlərin çox şahidi olub..."

Futbol
Tarix: 2020-07-15 17:19

“Hazırda Tovuzdayam. Evimiz rayonun mərkəzində yerləşsə də, cəbhə bölgəsinə elə də uzaq deyilik. Son günlər rayon mərkəzinə yaxın hissələrə də top mərmiləri düşdü. Amma əsas döyüşlər sərhəd bölgəsində gedir". Sport24.az xəbər verir ki, bu sözləri “TuranTovuz”un sabiq prezidenti, keçmiş AFFA nümayəndəsi Namiq Məstanov deyib.

 

Əslən Tovuzdandan olan Məstanov qeyd edib ki, son günlər insanların birliyi hər kəsdə xoş təəssürat oyadır: “Camaat əsgərlərin arxasındadı. Cəbhə bölgəsinə yaxın olan Ağdam, Əlibəyli kəndlərindən sonra postlar qurulub, mülkli şəxslər buraxırmırlar. Təbii ki, dövlətimiz ordumuz, əsgərlərimiz üçün hər bir şəraiti yaradıb, nədənsə korluq çəkmirlər. Amma rayon camaatı yenə də əsgərlərə dəstək olmağa çalışır. Ən azından mənəvi dəstək olurlar. Bütün bunlar vətənpərvərliyin göstəricisidir və insanı duyğulandırır”.

 

Son 2 gündə bəzi təxribatçılar Tovuzda bir neçə kəndin boşaldılması barədə şayiə yaymışdı. Namiq Məstanov vurğulayıb ki, hər hansı kəndin boşaldılmasından söhbət belə gedə bilməz: “Tovuz camaatı yerindədi, narahatçılığa əsas yoxdur. Kənd boşaldılması isə ümumiyyətlə müzakirə mövzusu deyil. Biz belə döyüşləri çox görmüşük. Tovuz camaatı 90-cı illərdə bu cür döyüşlərin çox şahidi olub. Ona görə də müharibə, atışma gözümüzü qorxuda bilməz”.

 

Keçmiş klub prezidenti vurğulayıb ki, Tovuzda həyat öz axarı ilə davam edir: “Rayonda vəziyyət sabitdi. Dünəndən bu günə heç bir atışma yoxdu. Şəhidlərimizi dəfn elədik. Allah onlara rəhmət eləsin. Hər birimizə o zirvəyə ucalmağı nəsib etsin”.  

 

N.Məstanov onlarla maraqlanan, narahatlıq keçirən futbol ictimaiyyətinin nümayəndələrinə təşəkkür edib: “Sizin vasitənizlə son günlər bizimlə maraqlanan, rayona gəlmək istəyən futbol ictimaiyyətinin nümayəndələrinə, ümumilikdə Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm. Yaxın dostlar əlaqə saxlayaraq, köməklərini təklif edirlər. Hər kəs var olsun. Amma Tovuzda hər şey qaydasındadır. İnsanlar gündəlik işləri ilə məşğul olurlar. Əkin, biçin davam edir, uşaqlar küçələrdə futbol oynayırlar, velosiped sürürlər. Narahatçılıq üçün heç bir əsas yoxdur. Ordumuz düşmənin cavabını artıqlaması ilə verir. Burda olmayanların narahatçılığını anlayıram. Lakin əmin olsunlar ki, bizim heç bir problemimiz yoxdur. Bir daha maraqlanan hər kəsə minnətdarlığımı bildirirəm” (futbolxeber.az).

 

 
CBCsport
12 Avqust 2020
11 Avqust 2020
B.eÇ.aÇC.aCŞB