TOP 10

Aqolli ölkəmizdə məşqçi işləmək variantından danışdı: "Canni de Byazi Azərbaycan millisi kimi yığmalarla əla işləyir"

Futbol
Tarix: 2020-07-15 15:00

“Qarabağ”ın albaniyalı sabiq futbolçusu Ansi Aqolli müsahibə verib. Sport24.az xəbər verir ki, hazırda ABŞ-ın “Nyu-York Kosmos" klubunda çıxış edən 38 yaşlı müdafiəçi Canni De Byazinin millimizə baş məşqçi təyin edilməsinə münasibət bildirib, italiyalı mütəxəssisin köməkçisi olacağı ilə bağlı iddialara aydınlıq gətirib və gələcək planlarından danışıb.

 

- Canni De Byazi Azərbaycan millisinə baş məşqçi təyin edildi. Bu haqda nə düşünürsən?

- Bu xəbər məni təəccübləndirmir. Sadəcə, pandemiya şəraitində Azərbaycana necə gedəcəyini düşünürəm.

 

- İstanbuldan xüsusi reyslər var.

- Anladım.

- Canni de Byazi haqqında fikrilərin necədi?

- Bir müddət əvvəl onunla danışmışam, Həmin vaxtdan indiyə qədər çox dəyişdiyini düşünmürəm (gülür). Əslində, Canni Azərbaycan üçün əla seçimdi. Çox yaxşı bir məşqçi və işini çox yaxşı bilən bir insandır. Ona inanın.

 

- Bu mütəxəssis Azərbaycan millisi ilə uğur qazana bilərmi?

- Sizə deyim ki, o, adi mütəxəssis deyil. Xüsusilə sözdə kiçik komandalar üçün. Çox çalışqandı, hələ də işə acdır.

 

- Albaniyada Azərbaycanı səndən daha yaxşı tanıyan yoxdur. De Byazi səni köməkçisi olmağı təklif edərsə, qəbul edərsinmi?

- Hələ bilmirəm. “Nyu York Kosmos”la yeni  müqavilə bağlamışam. Həm də, sentyabr ayında öz akademiyamı açmağı planlaşdırıram. Hazırda mənim üçün bir çox öhdəlik dövrüdür.

 

- Canni de Byazinin rəhbərliyi altında 6 il Albaniya millisində oynamısan. Onun hüsusiyyətini qeyd edərdin?

- İşdə məsuliyyətli bir insandır və düzgünlüyü sevən bir məşqçidir. Bir daha təkrar edirəm ki, AFFA-nın De Byaziyə etimad göstərməsi heç də təəccüblü deyil.

 

- O, beş ildən az bir müddətdə Albaniyanı Avropa çempionatına aparmağı bacardı. Sizcə, Azərbaycan millisi ilə də buna nail olacaqmı?

- Təsnifat baxımından proqnoz vermək indi çətindir. Xüsusilə bu pandemiya dövründə. Ancaq təkrar edirəm ki, Canni Azərbaycan millisi kimi yığma komandalarla əla işləyir.

 

- Canni de Byazi Albaniya yığmasına rəhbərlik etdiyi dövrdə millinin xaricdə oynayan çox futbolçusu var idi. O, Azərbaycanda nə tapacaq?

- Azərbaycanda "Qarabağ" və "Neftçi" klublarda millidə oynamaq nə demək olduğunu bilən futbolçular var. Albaniya millisi 2016-cı ildə Avropa çempionatında çıxış edərkən bizdə də xüsusi bir ulduz futbolçu yox idi. Amma özümüzə inanırdıq. Düşünürəm ki, belə oyunçular Azərbaycanda da var. Bu, komandanı böyük bir turnirin finalına çıxarmaq üçün kifayət edə bilər (azerisport.com).

 

 

 

 

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB